İran prezidenti Həsən Ruhani ABŞ vətəndaşlarına müraciət edib.

RİA Novosti xəbər verir ki, müraciətdə amerikalılardan İranda koronavirus qurbanlarının sayının artması fonunda Vaşinqtonun Tehrana qarşı sanksiyalarını dəstəkləyib-dəstəkləmədikləri soruşulub.

Ruhaninin bu ilin noyabr ayında ABŞ-da keçiriləcək Prezident seçkiləri ərəfəsində müraciəti etməsi diqqət çəkib.