Rusiya Avrasiya İttifaqı dövlətlərinə taxıl ixracını qadağan etdi-QƏRAR

 Rusiya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinə taxıl ixracını qadağan edib. 
Azpost.info bildirir ki, bu barədə Rusiya hökumətinin gömrüklə bağlı komissiyası qərar verib.
Qadağa 31 avqust 2022-ci ilə qədər qüvvədə olacaq.
Rəsmi açıqlamada deyilir ki, 31 avqust 2022-ci ilə qədər Avrasiya İttifaqına buğda, çovdar, arpa və qarğıdalı ixracı qadağan olunur. İstisna yalnız idxal üçün lisenziya verilmiş hallar üçün nəzərdə tutulub.
Təklif Kənd Təsərrüfatı Naziriyindən gəlib.
Nazirlikdən deyilib ki, Rusiyanın özünü taxılla təmin etməsi 150 faizdir. Qeyd olunur ki, müvəqqəti qadağa əlavə daşınmanın qarşısını almaq üçündür.
Avrasiya İttifaqı ölkələri bu mövsüm üçün artıq rusumsuz zəruri miqdarda alışı təmin ediblər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sergey Lavrov və Ceyhun Bayramov görüşdü –

Sonrakı məqalə

Ermənistan XİN başçısı Türkiyədə Sergey Lavrovla görüşüb