Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv etdi

18 Dekabr 2020 - 18:04

Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.

Bu barədə “Rosslexoznadzor” Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-dən etibarən Azərbaycandan ölkəyə alma idxalına qoyulan qadağadan qismən imtina olunur və üç müəssisədən alma idxalına icazə verilir.

“Rosselxoznadzor” alma idxalına icazə verdiyi Azərbaycan şirkətlərinin adlarını da açıqlayıb. Bunlar Şabran rayonunda yerləşən “TURAZ”, “Ran Fruit” və “Əsədov Vahid” MMC-ləridir.