“Rusiya iqtisadiyyatının bərpası 1,5 ildən çox çəkəcək” –Mərkəzi Bankının sədri

Rusiyada iqtisadi fəaliyyətin bərpası 1,5 ildən çox çəkəcək.

Bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina mətbuat konfransında deyib.

“Bərpa, təxminən bir il yarımdan çox vaxt aparacaq ki, bu da qiymət dinamikasına məhdudlaşdırıcı təsir göstərəcək”, – deyə E. Nabiullina bildirib.

Xatırladaq ki, bu gün Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 4,5%-dən 4,25%-ə endirib. Bu, uçot dərəcəsinin 2013-cü ilin sentyabr ayının 13-dən bəri (Rusiya Mərkəzi Bankı məhz bu tarixdə pul siyasətinin əsas göstəricisi olaraq uçot dərəcəsinin tətbiqinə başlayıb) ən aşağı səviyyəsidir.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, cari ilin ilk yarısında ölkədə ÜDM istehsalı illik ifadədə 4,2% azalıb. İlin sonunadək Rusiya iqtisadiyyatın 4,8% azalacağı gözlənilir.

Rusiya Bankının proqnoza görə, ölkədə illik inflyasiya 2020-ci ildə 3,7-4,2%, 2021-ci ildə 3,5-4% olacaq və gələcəkdə 4%-ə yaxın qalacaq. ÜDM 2020-ci ildə 4,5-5,5% azalacaq, 2021-ci ildə 3,5-4,5%, 2022-ci ildə isə 2,5-3,5% artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Nəqliyyat Agentliyi distpeçer axtarır –

Sonrakı məqalə

Sahibə Qafarova Rusiyanın Azərbaycandakı səfirini qəbul etdi –