Rusiya PUA hücumlarına qarşı yeni sistem yaradır- 1 milyarda yaxın vəsait ayrılır

Rusiya hakimiyyəti PUA hücumlarını əvvəldən müəyyən edən və onların qarşısını alan sistem yaradacaq.

Azpost.info xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi “Antidron” kod adlı sistemlə bağlı müsabiqə elan edib.

Bunun üçün büdcədən 897,3 milyon rubl ayrılması nəzərdə tutulur.

“Vedomosti” yazır ki, bu, dövlət satınalmaları portalında keçirilən tenderdən məlum olub.

Texniki göstəricilərə əsasən, dronların erkən aşkarlanması və ələ keçirilməsi sistemi əhalinin təhlükəsizliyini təmin etmək, mühüm yerüstü obyektləri və hava limanlarını əhatə etmək üçün nəzərdə tutulub. Sistem xüsusi ələ keçirən vasitələrin köməyi ilə onları birbaşa məhv etməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.