Rusiya Avrasiya İqtisadi İttifaqına taxıl ixracının qadağan edib.
Azpost.info bildirir ki, bu barədə Baş nazir Mixail Mişustin qərar imzalayıb. Qərarda deyilir ki, Avrasiya İttifaqına üzv ölkələrə iyunun 30-na qədər taxıl ixracına müvəqqəti qadağa qoyulur. Eyni zamanda şəkər tozu və şəkər qamışının üçüncü ölkələrə ixracı da avqustun 31-nə qədər qadağan edilib.
“Taxıla məhdudiyyət 30 iyuna, şəkərə isə 31 avqusta qədər davam edəcək”-deyə rəsmi məlumatda deyilir.
Qadağa buğda, çovdar, arpa və qarğıdalıya şamil edilir. Bu məhsullar yalnız humantira yarıdm, yaxud da beynəlxalq tranzit daşımaları çərçivəsində ölkədən kənara çıxarıla bilər.
Qərar daxili ərzaq bazarının müdafiəsi üçün qəbul edilib.