Rusiya TV-da Astaradan olan 97 yaşlı veteran barədə film göstəriləcək –"Sonuncu şahid" /22 iyunda

Rusiyanın “Kultura TV” televiziya kanalında II Dünya Müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edən “Sonuncu şahid” filmi nümayiş olunacaq. Film Astaranın Pensər kəndində yaşayan 97 yaşlı müharibə veteran İzzət Nemətov haqqında çəkilib.
Azpost.info bildirir ki, bu barədə “Azərbaycanfilm”dən məlumat verilib.
Qeyd olunur ki, 2022-ci ildə Sankt-Peterburqda MDB ölkələrinin kinematoqrafçılarının beynəlxalq kino layihələrinin təqdimatı üzrə toplantısı keçirilib. Tədbirdə postsovet dövlətlərinin kinematoqrafçıları öz layihələri ilə çıxış edib.
Azərbaycan kinematoqrafçıları da layihəyə qoşulub.  Tanınmış kinorejissor Ali Xamrayevin “Sonuncu şahid” film layihəsi  qaliblərindən biri olub. “Sonuncu şahid” II Dünya Müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edir.
Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda baş tutub.
Ümumilikdə 10-a yaxın qəhrəmanın həyatından bəhs edən film-ballada 22 iyun saat 21:00-da və 23 iyun saat 13:25-də Rusiyanın tanınmış “Kultura TV” televiziya kanalında yayımlanacaq.
Əvvəlki məqalə

Ölkədə 7 dini qurum ləğv edilib

Sonrakı məqalə

Sabaha olan hava proqnozu