Rusiya Ukraynada müharibənin başladığı günü bayram kimi rəsmiləşdirə bilər

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başladığı gün – fevralın 24-ü “unudulmaz tarixə” çevrilə bilər.

Azpost.info xəbər verir ki, müvafiq qanunu Dumaya təqdim etmək üç “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov hazırlayıb.

Qanun layihəsi “Rusiyanın hərbi şöhrət günləri və yaddaqalan tarixləri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Xüsusilə, 24 fevralın “Xüsusi Hərbi Əməliyyatın İştirakçıları Günü” kimi müəyyən edilməsi təklif olunur.

Sənədə görə, anım tarixinin rəsmi təsdiqi Ukraynaya qarşı müharibə iştirakçılarının müasir Rusiyanın tarixində xüsusi rolunu vurğulayacaq, eyni zamanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.

Azpost.info

Əvvəlki məqalə

Ötən il Bakı sakinləri 35,5 milyard manatlıq məhsul satın alıb

Sonrakı məqalə

Saçda kəpəyi necə aradan qaldırmaq olar?