Rusiya Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə raketlə zərbə endirib.
Azpost.info bildirir ki, bu barədə prezident Zelenski məlumat verib.
Onun sözlərinə görə, zərbə endirilən zaman ticarət mərkəzində minlərlə adam olub.
“Xilasedicilər hazırda alovun söndürülməsi ilə məşğuldurlar. Qurbanların sayını təsəvvür belə etmək çətindir”-deyə dövlət başçısı yazıb.
Prezident bildirib ki, bu obyekt rus ordusu üçün heç bir strateji önəm daşımayıb.
“Rusiya öz zəifliyinin əvəzini mülki vətəndaşlardan çıxır”-deyə Zelenski hadisə yerindən ilk kadrları nümayiş etdirib.