“Rusiya XİN Qarabağ bəyanatı göstərir ki, post-Putin dövrü uğrunda mübarizə başlanıb” –TOFİQ ZÜLFÜQAROV

“Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı sonuncu və qəribə bəyanatı Kremldə post-Putin dövrü üçün hakimiyyət uğrunda mübarizənin başladığının daha bir sübutdur”.

Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son Bəyanatı şərh edərkən deyib.

“Bu qondarma “bəyanatda” 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və prezident Putinin bununla bağlı bəyanatlarının açıq-aşkar təhrif xətti var. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır”-deyə sabiq nazir bildirib.

T.Zülfüqarovun sözlərinə görə, bu bəyanatdan belə məntiqi nəticə çıxır ki, ya Putin mövqeyini dəyişib, ya da S.Lavrov diplomatik “kazus”un tərkib hissəsi kimi xarici və daxili oyunçulara mesaj verir ki, “başına hakimiyyət tacının” qoyulacağı təqdirdə Türkiyə-Azərbaycan tandeminə qarşı çıxış edəcək:  “Lavrov hamdan yaxşı başa düşür ki, Ərdoğan – Putin qarşılıqlı fəaliyyətinin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də, Lavrovun “kontor”unda hazırlanmış, hələki  sakit tonda olan bu mətn onu göstərir ki, o post-Putin dövrü üçün özfəaliyyətə başlayıb. Bu bəyanat da onun subutudur”. 

Sabiq nazir deyib ki, Patruşev-Sallivan xətti üzrə təmaslar, az qala rəsmi olaraq Putinin ehtimal varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyununa başlamağa məcbur edən qıcıqlandırıcı amil olub: “Biz hövsələli olmalı və özümüz üçün “imkan pəncərəsi”ni gözləməliyik. Düşünürəm ki, sülhməramlılar 10 Noyabr Bəyanatında müəyyən edilmiş vaxtdan əvvəl ərazilərimizi tərk etməli olacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.