Rusiyada aşkar olunan “qara pullar” pensiya fonduna köçürüləcək –Yeni qanun hazırlanır

Rusiya hökuməti hakimiyyətə, vətəndaşların şübhə doğuran əmanətlərini pensiya fonduna köçürmək səlahiyyəti verən qanunvericilik aktının hazırlanmasına başlayıb.

Bu barədə Rusiyanın RBK agentliyi xəbər verib.

Sənəd Rusiya Ədliyyə Nazirliyində hazırlanıb və buna müvafiq olaraq büdcə məcəlləsinə düzəlişlər Maliyyə Nazirliyində işlənir. Yeni qaydalar artıq bu dekabrdan qüvvəyə minə bilər.

Lakin hələlik vəsaitlərin qanuniliyinin kim tərəfindən yoxlanacağı və şübhəli sayılacaq əmanətin minimum məbləği bilinmir. Hazırda Rusiya qanunları qanunsuz əldə edilmiş mülkiyyətin dövlətin nəfinə müsadirə edilməsinə icazə verir.

2019-cu ilin sonunda Rusiya Konstitusiya Məhkəməsi izah etmişdi ki, bu qayda dövlət qulluqçularının gəlirlərinə nəzarət haqqında qanunun şamil edildiyi bütün şəxslərə tətbiq oluna bilər.

Bu da var ki, bu qanunun təsir dairəsinə özləri dövlət qulluqçusu və ya onun yaxınları olmayanlar da düşə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə gəldi –

Sonrakı məqalə

Rusiyada 3 qatar toqquşub-