Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb. Axtarış əməliyyat tədbiri nəticəsində Rusiya Federal Gömrük Xidməti İstintaqı İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinyət əşyaları götürülüb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müstəntiq bildirib.