Rusiyada istintaq idarəsinin rəisi balta ilə öldürlüb-SƏBƏB

Permdə şəhərin Sverdlovsk rayonu üzrə istintaq idarəsinin rəisi polkovnik Yevgeni Seredkin öldürülüb.

Azpost.info bildirir ki, keçmiş arvadı ilə yaşayan şəxs polkovniki balta ilə vurub.

Hadisə ötən gecə baş verib. İlkin məlumatlara görə, qatil 46 yaşlı Seredkinin evinə gələrək qapının ağzından balta ilə müstəntiqə hücum edib. Həmin şəxs saxlanılıb. Cinayət işi açılıb. İlkin ehtimala görə, qətlin motivi qısqanclıq olub. Qatili 20 ilə qədər həbs gözləyir.

Yevgeni Seredkin 2023-cü ildən Perm vilayətinin Sverdlovsk vilayəti üzrə istintaq şöbəsinə rəhbərlik edir. Bundan əvvəl o, rayon polis şöbəsinin müstəntiqi işləyib, daha sonra Daxili İşlər Nazirliyinin regional baş idarəsində, nəqliyyat üzrə istintaq idarəsində vəzifələrdə çalışıb. Solikamsk şəhərində xüsusilə mühüm işlər üzrə müstəntiq olub.

Əvvəlki məqalə

Mask ABŞ iqtisadiyyatını iflasdan xilas etməyin yolunu

Sonrakı məqalə

Şoyqu Ukraynada sülhə hansı razılaşmanın aparacağını