Rusiyada yeni koronavirusdan ilk ölüm halı qeydə alınıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti" məlumat yayıb. Bildirilib ki, Moskva şəhərində 79 yaşlı qadın koronavirusdan həyatını itirib. Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən Rusiyada yeni növ koronavirusa 147 nəfər yoluxub. Son sutkada 33 yoluxma halı qeydə alınıb, 5 nəfər sağalıb.