Rusiyadan Azərbaycana pul köçürmələri 29 faiz azalıb

Bu ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələri ötən ilin analoji dövrü ilə 29% azalıb.

Plexanov adına Rusiya İqtisad Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti Oleq Çeredniçenko “Report”un Rusiya bürosuna açıqlamasında bu rəqəmin nəyi göstərdiyi və gələcəkdə göstəricilərin necə olacağı barədə danışıb.

“Statistika hər iki ölkənin iqtisadiyyatının üzləşdiyi faktları təsdiqləyir. Bu dövrdə həm əmək haqlarının, həm də işçilərin sayının azalması ilə nəticələnən biznes həcminin kəskin və məcburi məhdudlaşdırılması baş verib. Bundan əlavə, Rusiyada işləyən Azərbaycan vətəndaşları pandemiyanın yayılmasının kəskin dövründə vətənlərinə qayıtmaq məcburiyyətində qalıblar”, – ekspert deyib.

O bildirib ki, yuxarıda sadaladığım hər iki fakt Rusiyadan edilən pul köçürmələrinin həcminə birbaşa təsir göstərib.

“Bu ilin III rübünün sonları – IV rübünün əvvəllərindən etibarən mənfi dinamika azalmağa başlamalıdır. Xəstəliyin ikinci dalğasının qarşısının alına biləcəyi təqdirdə, gələn ilin ilk rübündən tam bərpanı gözləmək olar”, – O.Çeredniçenko söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Füzuli sakini həmkəndlisini bıçaqla öldürdü

Sonrakı məqalə

Rusiyada Xabarovsk diyarının qubernatoru saxlanılıb –