“Rusiyanın ATƏT-dən çıxması hələ müzakirə olunmur, lakin bu məsələ havada asılı qalıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Müttəfiqlərimiz bizi izləyəcəkmi? Bu başqa sualdır. Burada onların mövqeyi tam nəzərə alınmalıdır”, – Lavrov bildirib.
O, həmçinin Qərbin Rusiya nümayəndə heyətini ATƏT PA-da söz hüququndan məhrum etmək cəhdlərini yolverilməz adlandırıb: “Əvvəla, bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etməyə çalışırlar. Parlament Assambleyasının ATƏT-in baş qərargahı olan Vyanadan kənarda toplaşdıqları halda onlara viza verməkdən imtina ediblər. Əgər siz bu və ya digər ölkənin iştirak etdiyi beynəlxalq təşkilatın beynəlxalq konfransına könüllü ev sahibliyi edirsinizsə, o zaman hamıya viza verməyə borclusunuz”.
Azpost.info