“Rusiyanın Avropa İttifaqına satdığı qazdan gəliri iki dəfə artıb” –“The Guardian”

Ukraynada müharibə başlayandan Rusiya Avropa İttifaqı (Aİ) ölkələrinə yanacaq satışından əldə etdiyi gəlirləri iki dəfə artırıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinə istinadən məlumat yayıb.

Ekspertlərin fikrincə, qiymət artımı Rusiyaya 62 milyard rubla yaxın gəlir gətirib. Aİ üçün son iki ayda idxal təxminən 44 milyard avro təşkil edib. “Müharibə və sanksiyalar səbəbindən Rusiyadan ixracat azalsa da, ölkənin qaz mənbəyi kimi üstünlük təşkil etməsi, tədarükün kəsilməsi pandemiyadan sonra onsuz da yüksək olan qiymətləri daha da artırdı”, – analitiklər deyir.

Qeyd olunur ki, Rusiya yanacağının ən böyük idxalçısı Almaniyadır.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Rusiyanın müsadirə olunmuş pullarını Ukraynaya verəcək –

Sonrakı məqalə

“Baydenin bu gün Ukrayna ilə bağlı çıxışı olacaq” –