“Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edirik”- PAŞİNYAN

“İrəvan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edir”.

Azpost.info xəbər verir ki, bunu Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Türkiyə ilə danışıqlara başlamışıq. Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, – Paşinyan bildirib.

O əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan Qarabağ problemini fəal şəkildə müzakirə edirlər. Paşinyan təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Qərb dalana dirənəcək və dünya gözlənilməz nəticələrlə üzləşəcək”

Sonrakı məqalə

TƏBİB 13 yaşlı ana və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb