Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlanıb

Sankisya
Sankisya

Ukraynada müharibə başlayandan bu günədək Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlanıb.

Azpost.info bildirir ki, bu günə qədər  Rusiyaya qarşı 15 628 məhdudiyyət tətbiq edilib.

KİV-in məlumatına görə, 2022-ci ildən bəri Rusiyaya qarşı son 40 ildə İrana nisbətən üç dəfə çox məhdudiyyətlər tətbiq edilib.

Beləliklə, ABŞ Rusiyaya qarşı ən çox sanksiya tətbiq edib – 3,5 min sanksiya, ikinci yerdə İsveçrə – 2377, Kanada – 2087, Böyük Britaniya – 1949, Avropa İttifaqı – 1837, Yeni Zelandiya – 1620, Avstraliya – 1254.

Ən az – – Yaponiya (981 ), Cənubi Koreya (15) və Sinqapur (5).

Əlavə edək ki, İrana qarşı 5011 sanksiya var.

Avropa İttifaqı  hazırda Rusiyaya qarşı 193 fiziki və hüquqi şəxsə məhdudiyyətlər nəzərdə tutan növbəti, 13-cü sanksiyalar paketini hazırlayır. Fevralın 24-də paket açıqlanacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.