Həmvətənlərimizin ölkəyə qayıtması üçün Rusiyada xüsusi nazirlik yaratmaq lazımdır.
Azpost.info xəbər verir ki, bunu rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov deyib.
O, ölkədəki miqrasiya problemlərinə başqa bucaqdan baxmağı təklif edib.
“Rusların isə öz vətənlərinə qayıtmaq imkanı olmalıdır. Həm rusların vətənlərinə qayıtması, həm də miqrasiya axınının tənzimlənməsi ilə məşğul olacaq bütöv bir nazirlik olmalıdır”, – Solovyov bildirib.
O əlavə edib ki, Rusiyada son vaxtlar miqrasiya siyasətinin korreksiyasının zəruriliyi ilə bağlı mübahisələr davam edir. Ona görə də belə bir idarənin yaradılması, bir tərəfdən, SSRİ-nin dağılmasından sonra xaricdə qalan rus xalqının vətənə qayıtmasına, digər tərəfdən isə əcnəbilərin gəlişi ilə bağlı problemlərin hərtərəfli həllinə kömək edəcək.
Azpost.info