Səudiyyə Ərəbistanında şallaq cəzası ləğv edildi
Səudiyyə Ərəbistanında cinayətkarları şallaqla vurmaq cərimə və ya həbs cəzası ilə əvəz olunacaq.
Bu barədə “Reuters” ölkənin Ali Məhkəməsinin materiallarına istinadən xəbər verir.
Belə bir tədbir ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların çərçivəsində həyata keçirilir. Qeyd edək ki, islahatlar kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud tərəfindən aparılır.
Bununla yanaşı, krallıqda edamlardan tam imtina edilmir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında islahatlar 2015-ci ildən aparılır. Ötən ilin avqustunda qadınlara səyahət etməyə imkan verən qanun qüvvəyə minib. (Oxu.az)
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...