Şəkidə inək öz sahibini öldürüb

Şəkidə iribuynuzlu heyvan sahibini öldürüb.

Hadisə rayonun Şirinbulaq kəndində baş verib. Martın 2-i kənd sakini 70 yaşlı Fikrət İsmayılova yaşadığı ünvanda təsərrüfat işləri aparan zaman onu ailəsinə məxsus inək vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. F. İsmayılov aldığı müxtəlif dərəcəli xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə alıb.

Həkimlərin səyinə baxmayarq F. İsmayılov ötən gün xəstəxanada dünyasını dəyişib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.