Sabah - martın 11-də Milli Məclisin İntizam komissiyasının ilk iclası keçiriləcək. “Report”un əldə etdiyi məlumata görə, iclasda komissiyaya yeni sədr və müavini seçiləcək. Qeyd edək ki, V çağırış Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev idi. O, yenidən deputat seçilməyib.