Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020 - 16:22

 

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.