“SABİNA” parfümeriya və kosmetika mağazaları şəbəkəsi ləğv olunub

SABİNA parfümeriya və kosmetika mağazaları şəbəkəsi – “SABİNA P AND C” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

2004-cü ildə dövlət qeydiyyatına alınmış “SABİNA P AND C” MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.

Əvvəlki məqalə

34 yaşlı Qabriel Attal Fransanın yeni Baş naziri təyin edildi

Sonrakı məqalə

Lalə-Şövkət Aygün Bəylərin ölümü ilə bağlı açıqlama verdi –