Şabran şəhərində fərdi yaşayış evlərindən birinə basqın olub.
Hadisə zamanı ev sahibi Arif Hüseynov yaralanıb, onun həyat yoldaşı Gülnarə Hüseynova isə, küt alətlə zərbələr yetirilməklə öldürülüb.
Şabran Mərkəzi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Arif Hüseynovun vəziyyəti ağırdır.
İlkin məlumata görə, hadisə oğurluq məqsədilə baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Basqını törədən şəxs və yaxud şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.