Şabrandan Bakıya gedən sərnişin avtobusu aşıb

Martın 19-u səhər saatlarında Şabrandan Bakıya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

“Hyundai” markalı mikroavtobus Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yoldan çıxaraq aşıb. İlkin məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.