Sabunçuda qardaşına oraqla xəsarətlər yetirib öldürən şəxs həbs olundu

Sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Əvvəlki məqalə

On min üzvü olmayan siyasi partiya ləğv olunacaq

Sonrakı məqalə

“Siyasi Partiyalar” haqqında yeni QANUN LAYİHƏSİ-