Şair-tərcüməçi Xaqani Qayıblı “Tərəqqi” medalı ilə təltif edilib –SƏRƏNCAM

Prezident İlham Əliyev şair, tərcüməçi, Tartu Universitetinin müəllimi Xaqani Qayıblını “Tərəqqi” medalı ilə təltif edib. 

Azpost.info bildirir ki, X.Qayıblı Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə mükafat verilib.

Estoniyada yaşayan Xaqani Qayıblı Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alimdir. O, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibidir. Estoniya-Azərbaycan cəmiyyətinin sədridir.

Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.

Professor Xaqani Qayıblı  Estoniya prezidentinin şəxsi tərcüməçisi olub.

Əvvəlki məqalə

Prezident İlham Əliyev azərbaycanlı iş adamı Qod Nisanova orden verdi –

Sonrakı məqalə

Ötən gün ölkədə 33 nəfər koronavirusa yoluxub