Şarl Mişel Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini təqdir edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Aİ Şurasının Prezidenti bu barədə tviter səhifəsində bildirib.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin rəsmi Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu, həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir”, – deyə Ş.Mişel vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan Prezidenti II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib

Sonrakı məqalə

Prezident İlham Əliyev Kral III Çarlza başsağlığı verib