“Saxta kriptovalyuta tələsinə düşmə halları artır” –DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir:

“Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb. Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq”.

Azpost.info

Əvvəlki məqalə

Tacik miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir

Sonrakı məqalə

Jurnalist İdrak Camalbəyli ilə Kiyevdə vida mərsimi keçirilib –