“Sevimli dad” brendinin sahibi olan “Milk-Pro” MMC müflislik həddinə çatıb

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “MilkProMMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.

Azpost.info bildirir ki, məlumatı iqtisadiyyat üzrə xəbər portalı olan FED.az  yayıb. Portal şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 56 % çoxdur.

2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18,888 milyon manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19,098 milyon manat (2,75 dəfə çox), inzibati xərcləri isə 152 min manat (60,6 % çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23,322 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65 % artaraq 23,421 milyon manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddinə düşməsindən xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fevralın 17-də Lavrov Ermənistanın XİN başçısı ilə görüşəcək

Sonrakı məqalə

“Mən peyvənd olunmuşam və heç bir yan təsiri hiss etmirəm” –