Şeyxülislam Allahşükür Paşazadə və dini icma başçıları Ağdam Cümə məscidində namaz qılıb-FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub.

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Akar Türkiyə və Rusiya arasında qarşıdurma ehtimalına münasibət bildirib

Sonrakı məqalə

Səhiyyə Nazirliyinin daha bir səlahiyyəti TƏBİB-ə verilib