Şeyxülislam və dini konfessiya rəhbərləri Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər-FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər çərçivəsində Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını və işğaldan əvvəl “Qarabağ” futbol klubunun stadionu olan İmarət stadionunu ziyarət ediblər.

Qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İşğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb.

Səfər iştirakçıları Ağdamda məhv edilən infrastrukturdan biri olan rayonun “Qarabağ” futbol klubunun meydançası olmuş “İmarət” stadionuna da baxıblar.

Səfər iştirakçıları Ağdamın Şəhidlər Xiyabanını, Cümə və Qiyaslı məscidlərini ziyarət edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İmişlidə qadının oğurlanan çantasından narkotik çıxdı

Sonrakı məqalə

Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir –