Son 3 ayda yol qəzalarında 125 nəfər ölüb –50 nəfəri piyadadır (Yol Polisi)

2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN Baş DYP İdarəsindən bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalıb.

Aparılmış təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 – 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma  və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 – 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 – 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib

Sonrakı məqalə

Rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib