Son sutkada ölkədə 2 min 685 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 774 394 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 734 386 nəfər müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib, aktiv xəstə sayı 30 773 nəfərdir.

Ölkədə son sutka ərzində 11 629, hazırkı dövrədək isə 6 485 357 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Putinlə görüşəcək –

Sonrakı məqalə

Tapılan uşaq dişi tarixi alt-üst edəcək? –