Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihənin icrasına başlayıb. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
Layihə fəaliyyəti çərçivəsində 15-18 iyun 2025-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.Konfransda Belarusun dövlət orqanlarının təmsilçilərinin,Vətəndaş Cəmiyyəti İnstitutlarının,Diaspora nümayəndələrinin iştirakı nəzərdə tutulub.Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.
Layihə çərçivəsində həmçinin İmişli və Beyləqan rayonlarında Qərbi Azərbaycan icmalarının iştirakı ilə konfranslar və Bakı şəhərində yekun konfransın keçirilməsi fəaliyyət planına daxil edilmişdir.
Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar veriləcək. Regionlarda keçirilən yerli konfranslarda Konsepsiya sənədində yer alan problemin təsviri,hədəf məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları,beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olunacaqdır.Proseslərə gənclərin cəlb olunması əsas hədəflərdəndir.Məqsəd gənc nəslin bu istiqamətdə məlumatlarının artırılması və öz dədə-baba torpaqları haqqında geniş bilgilərə sahib olmasıdır.
Layihə çərçivəsində Qərbi Azərbaycan icmasının 200 nəfər nümayəndəsi arasında tədqiqat məqsədli sorğular keçiriləcək.Tədqiqatın əsas məqsədi bu istiqamətdə ehtiyacların və hədəflərin müəyyənləşdirilməsi,icma üzvlərinin qayıdış prosesinə real fikirlərinin əldə edilməsidir.Tədqiqatın sonunda analiz aparılacaq və hazırlnmış hesabat sənədi Qərbi Azərbaycan İcmasına təqdim olunacaq.