SPECA ölkələri Qarabağda aktiv fəaliyyət göstərirlər- Mikayıl Cabbarov

SPECA ölkələri azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin (UN) Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda deyib.

“30 il Azərbaycan suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda Azərbaycan azad edilmiş ərazilərə investisiya yatırır. Özbəkistan azad edilmiş ərazilərdə məktəb inşa edib və digər ölkələrin fəaliyyətini yüksək qiymətləndiririk” , – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

Tacikistan prezidenti Rusiyaya rəsmi səfərə gəlib

Sonrakı məqalə

Pentaqonun rəhbəri Ukraynaya uzunmüddətli hərbi yardım vəd etdi