Niderland Baş naziri Mark Rutte bu ilin aprelində NATO Baş katibi postunu tuta bilər.
Azpost.info xəbər verir ki, bunu niderlandlı siyasətçi, NATO-nun sabiq (2004-2009) Baş katibi Yap de Hop Sxeffer bildirib.
“Düşünürəm ki, Mark Ruttenin təyin olunmaq şansı çox yüksəkdir”, – o deyib.
Bir sıra Qərb nəşrlərinin yazdığına görə, Ruttenin namizədliyi artıq ABŞ prezidenti Co Bayden tərəfindən dəstəklənib və Alyans ölkələrinin üçdə ikisi də onun Baş katib vəzifəsinə uyğun olduğuna inanır.
Yap de Hop Sxeffer qeyd edib ki, Ruttenin namizədliyi Alyansın ən mühüm üzvləri tərəfindən dəstəklənir. Onun NATO-nun yaradılmasının 75-ci ildönümündə – aprelin 4-də rəsmi olaraq bu vəzifəyə təyin olunacağı gözlənilir. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Azpost.info