“Sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik”-İLHAM ƏLİYEV

“Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik: “Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Tofiq Zülfüqarov XİN rəhbəri Ceyhun Bayramovla görüşüb: