Sumqayıtda dəniz sahilində tapılmış körpə meyiti ilə bağlı araşdırma başlanıb

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

APA xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin yaş yarımlıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Fakt araşdırılır.

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib.

Əvvəlki məqalə

“Bu iki seçki bizi yordu…” –

Sonrakı məqalə

Roma Papası Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb