Cinayət törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilmişdi. Orta ağır vəziyyətdə olan həmin şəxsə orada zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.