Sumqayıtda şagirdlərdən ödəniş tələb edən müəllim işdən çıxarılıb- VİDEO

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı məktəbin 11 “c” sinfinin sinif rəhbəri şagirdlərindən müxtəlif adlar altında ödəniş tələb etdiyini etiraf edib və işdən azad olunub:

“Eyni zamanda, pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara görə direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs barəsində mövcud qanunvericiliyə uyğun tədbir görülməsi qərara alınıb.

Bu kimi neqativ hallara qarşı mübarizədə valideynlər tərəfindən verilmiş dəstəyə görə təşəkkürümüzü bildiririk”.

Əvvəlki məqalə

Beynəlxalq Media Forumunda üçüncü panel keçirilib

Sonrakı məqalə

Hovuzda qadınları çəkən şəxs 20 sutka həbs edilib