“Şuşada qalıqları aşkarlanan “İskəndər-M” raketidir” –

ANAMA açıqlama verdi
02 Aprel 2021 - 16:20

“Agentlik tərəfindən Şuşada aparılan  təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib. O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində  9M723 indeks kodu  yoxlanılıb:

“Bu zaman məlum olub ki, bu, “İskəndər” raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan  araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki,  bu “İskəndər-M” raketidir”.

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında  ilkin tədqiqatlar keçirilməkdədir.