Tələbələri ən çox kredit alan universitetlər- ADLAR

“2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub. Həmin müraciətlərdən 7 962-si yekunlaşdırılıb, 2 635-si natamam hesab olunub”.

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə 1147 tələbənin müraciətinə imtina verilib:

“Gender bölgüsünə gəlincə, kredit alan 6 815 tələbədən 3 786-sı qadın, 3 029-u isə kişi olub. Ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistr üzrə 849 nəfərə təhsil krediti verib. Həmin müddətdə kreditlər üçün ümumilikdə 5 991 947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri kredit alıb”.

Əvvəlki məqalə

Xaricdə təhsil alanların hansı halda Dövlət Proqramından kənarlaşdırılacağı

Sonrakı məqalə

“Avropa İttifaqı bu məsələdə yekdildir, sanksiyalar ləğv olunmayacaq”