Tayvan Müdafiə Nazirliyinin rəsmisi oteldə ölü tapıldı - Raket istehsalına nəzarət edirdi

Tayvan Müdafiə Nazirliyinin rəsmisi, Çun Şan Milli Elm və Texnologiya İnstitutunun müdir müavini Ou Yan Li-sin Tayvanın cənubundakı oteldə ölü tapılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, onun meyiti avqustun 6-da səhər saatlarında otel otağında aşkarlanıb. Polis ölümün dəqiq səbəblərini araşdırır.

Ou Yan Pindunun cənubunda işgüzar səfərdə idi. O, 2022-ci ilin əvvəlindən Tayvan Müdafiə Nazirliyinin Tədqiqatlar Departamentinin rəis müavini vəzifəsində çalışırdı və raketlərin istehsalı üzrə layihələrə rəhbərlik edirdi.

Rəhbəri olduğu department raketlərin istehsal gücünün artırılmasına məsul idi.

Azpost.info

Əvvəlki məqalə

“Ümid edirik ki, günahkarlar lazımi cəzanı alacaqlar”

Sonrakı məqalə

“Ermənistan öhdəliklərini tez bir zamanda yerinə yetirməlidir” –