Tbilisidə xüsusi təyinatlı polislər etiraz aksiyasını dağıdıb-VİDEO

Polis Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyasına müdaxilə edib.

Xüsusi təyinatlı qüvvələr su şırnağı, gözyaşardıcı və bibər qazından istifadə edərək Parlament binasının girişlərinin yerləşdiyi küçələri, eləcə də Rustaveli prospektini etirazçılardan təmizləyib.

Polislə qarşıdurma zamanı parlament binasının pəncərələrini sındıran etirazçılar ərazidəki polis maşınını aşırıblar.

Xəsarət alan və saxlanılanlar var.

 

Əvvəlki məqalə

Lənkəranda “Prius”la “Tofaş” toqquşdu –

Sonrakı məqalə

Mikroavtobus yanacaq daşıyan maşına çırpılıb –