Suriyanın şimalında PKK/YPG terrorçuları son 36 saatda atəşkəsi 14 dəfə pozub. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “ABŞ və Türkiyə arasında əldə edilmiş razılaşmaya baxmayaraq, son 36 saatda terrorçular atəşkəsi 14 dəfə pozublar”, - deyə məlumatda qeyd olunub.