TikTok-da bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Əvvəlki məqalə

Bu şəxslərin vergidən azad olunması təklif edilir

Sonrakı məqalə

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib