Toyuq ətinin tərkibində zülallar, yağlar, karbohidratlar, kalsium, fosfor, dəmir, karotin, tiamin, riboflavin, A, B, C və E vitaminləri və digər faydalı maddələr var.
Azpost.info xəbər verir ki, toyuq əti orqanizmi lazım olan elementlərlə təmin edə, bədən quruluşunu yaxşılaşdıra, immuniteti gücləndirə və enerji ehtiyatını artıra bilir.
Çin təbabəti nəzəriyyəsinə görə, toyuq əti yumşaq, dadlı və faydalıdır. O, sağlamlığı və immuniteti gücləndirməyə, ürək-damar sistemini qorumağa qadirdir.
Lakin çinli qida mütəxəssisləri toyuğun boyun hissəsini yeməyi tövsiyə etmirlər. Onların sözlərinə görə, heyvanların, eləcə də toyuğun boynunda limfa vəziləri var ki, orada da çoxlu sayda toksin və bakteriya toplanır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, toyuq boynundan tez-tez istifadə xərçəng riskini artıra bilər.
Eyni zamanda, toyuğun quyruq hissəsini də yemək tövsiyə olunmur. Toyuğun bu bölgəsində də çox miqdarda bakteriya və toksin var ki, onların bədənə daxil olması orqanizmə mənfi təsir göstərir.
Azpost.info